Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında dəmir yoluna çıxan azyaşlının həyatını xilas edən maşinist danışıb.
Qatarın maşinisti Sahil Əhmədli "Qafqazinfo"ya hadisə ilə bağlı fikirlərini bölüşüb:
"5 saniyə geciksəydim, bədbəxt hadisə baş verəcəkdi. Çox şükür ki, qatar vaxtında dayandı. Yadda saxlamaq lazımdır ki, qatarın qarşısına qəfil çıxarkən tormozlama edilsə də, qatar bir kilometrə qədər hərəkət edə bilər. Buna görə də vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, dəmir yolu ətrafında ehtiyatlı olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar".