AZ

İstanbulda mütəşəkkil cinayətkarlığa qarşı genişmiqyaslı əməliyyat

İstanbulda mütəşəkkil cinayət qruplaşmalarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.

 

Məlumata görə, “Quyu 22” kod adı altında keçirilən əməliyyat nəticəsində 23 şübhəli saxlanılıb. Onların İstanbulun səkkiz fərqli rayonunda müxtəlif tarixlərdə iş yerlərinə, mənzillərə, maşınlara mərmi atılması, səs bombalarının istifadəsi kimi 13 cinayət hadisəsi törətdiyi müəyyən olunub.

 

Şübhəlilərin ünvanlarında aparılan araşdırma zamanı çox sayda silah-sursat, süni yollarla hazırlanan partlayıcı vasitə və oğurluq avtomobil müsadirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
4
senzor.az

6Mənbələr