AZ

İstanbulda mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

İstanbulda mütəşəkkil cinayət qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.

Məlumata görə, "Quyu 22" kod adı altında baş tutan əməliyyat nəticəsində 23 şübhəli saxlanılıb. Onların İstanbulun səkkiz fərqli rayonunda müxtəlif tarixlərdə iş yerlərinə, mənzillərə, maşınlara mərmi atılması, səs bombalarının istifadəsi kimi 13 cinayət hadisəsi törətdiyi müəyyən olunub.

Şübhəlilərin ünvanlarında aparılan araşdırma zamanı çox sayda silah-sursat, süni yollarla hazırlanan partlayıcı vasitə və oğurluq avtomobil müsadirə edilib.

Seçilən
59
4
turkic.world

6Mənbələr