Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun məhkumluğunun üzərindən götürülməsi ilə bağlı müraciətinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi keçmiş səhiyyə nazirinin müraciətini təmin edib.
Hakim Vüsal Tağıyevon qərarı ilə İnsanovun məhkumluğu üzərindən götürülüb.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ildə 11 il azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə az vaxt qalmış ona əlavə ittiham verilib. Ona 2016-cı ildə əlavə 7 il 5 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Prezidentin 2019-cu ildə imzaladığı əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.