AZ

Əli İnsanovun məhkumluğu götürüldü

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun məhkumluğunun üzərindən götürülməsi ilə bağlı müraciətinə baxılıb.    Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi keçmiş səhiyyə nazirinin müraciətini təmin edib. Hakim Vüsal Tağıyevin qərarı ilə Əli İnsanovun məhkumluğu üzərindən götürülüb. Xatırladaq ki, sabiq səhiyyə naziri 2005-ci ildə 11 il azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə az vaxt qalmış ona əlavə ittiham verilmişdi. Ona 2016-cı ildə əlavə 7 il 5 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Prezidentin 2019-cu ildə imzaladığı Əfv Sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
12
manset.az

10Mənbələr