AZ

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Bakıya gəlib

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prior məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında bildirilib. “Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”, - diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir.

Seçilən
26
17
avtosfer.az

10Mənbələr