AZ

Əsrlərin neft çırağının dayanıqlı siması - Balaxanı

Bakı. Trend:

“Tarix özünü təkrarlayır”. Zərb-məsələ çevrilən bu fikir,adətən, keçmişin dərslərini öyrənməyin vacibliyini xatırladır. Bufikrin müəllifi, amerikalı filosof Corc Santayana isə zəmanəsininkontekstinə dərin bələd birisi kimi “tənqidi realizmi” tarixinəzərə almadan təsəvvür etmirdi. Bəşəriyyət bu ilin sonuAzərbaycanda “ekzestensial təhdid” kimi qəbul etdiyi iqlimdəyişikliyi ilə bağlı vəziyyəti COP29-da nəzərdən keçirərkən,filosofun “kontekst” qeydi həmişəkindən daha aktual səslənəcək.

Son 29 ildə BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransına bir neçə dəfə neft və qazhasilatı həyata keçirən ölkələr ev sahibliyi ediblər, o cümlədən2012-ci ildə Qətər, 2023-cü ildə Birləşmiş Ərəb Əmirlikləri, bu ilisə Azərbaycan. Bu, öz növbəsində, hər dəfə iqlim dəyişikliyimövzusunda neft-qaz hasil edən ölkələrin mövqe səmimiliyində şübhəyaradan tənqidlərə səbəb olub. Etiraf etməliyik ki, ictimaimüzakirələrdə hasilat şirkətlərinin iqlimin gələcəyi ilə bağlımövqeyinin zəif səslənməsi məsələdə onların həqiqətinianlatmır.

İnsanlar Yer üzündə minilliklərlə yaşasa da, bəşəriyyətininkişafının ən sürətli dönəmi sənaye inqilabı ilə başlamışdır və buinqilabi inkişafda neftin sənaye üsulu ilə hasilatı xüsusi roloynamışdır. “Balakhani Operating Company LTD” tərəfindən neft-qazhasilatı həyata keçirilən Abşeron yarımadasındakı yataqlar məhzbelə tarixin nümunəsidir.

Balaxanı, Suraxanı kimi ərazilər Azərbaycanın ən qədim neftrayonuna daxildir. Hələ XIII əsrdə coğrafiyaşünas Məhəmməd NəcibBəkran “Cəhannamə” əsərində yazırdı: “Neft bir yağdır ki, yerinaltındakı quyulardan çəkilir və yaşıl, ağ və qara növləri olur…ağneft Bakı və Muğan, qara neft isə Balaxanı ətrafında olur… ” Beləbir milli irsin işlənilməsi məsuliyyətli və dayanıqlı şəkildəistismar edilməlidir ki, Azərbaycanın rifahına və qlobal enerjitəhlükəsizliyinə töhfə verməkdə davam etsin.

Azərbaycan nefti təkcə Vətənimizin xidmətində deyil, həmçiningeosiyasi risklərlə dolu dünyanın sabitliyinin qarantıdır. Neft-qazhasilatı prosesi iqlim dəyişikliyinin sürətini azaltmağa çalışanDayanıqlı İnkişaf Məqsədlərimizə uyğunlaşdırılmalıdır. Bu mənadaneft şirkətlərinin üzərinə düşən əsas iş – öz düşüncə və yanaşmatərzini dəyişməkdir. Biz anlamalıyıq ki, “dayanıqlılıq”, “ekolojimühafizə”, “yaşıl strategiya”, “məsuliyyətli hasilat” kimi ifadələrxeyriyyə məqsədi daşımır, müasir dövrün biznes gerçəkliyini əksetdirir.

Beynəlxlaq Enerji Agentliyinin proqnozlarına görə, dünyaictimaiyyəti öz qarşısına qoyduğu 2050-ci il “net-zero” karbonemissiyası məqsədlərinə ən uğurlu şəkildə çatsa belə, qlobal enerjiehtiyacının önəmli qismini qarşılamaq üçün neft və qaz resurslarınahələ də ehtiyac olacaq.

Neft və qaz hasilatı ilə məşğul olan qlobal şirkətlər özlərinienerji şirkətləri kimi yenidən kəşf etdikləri halda, “BalakhaniOperating Company LTD” gələcəkdə də Azərbaycanın ən qədimyataqlarından neft hasilatı irsini uğurla və BMT-nin Dayanıqlıİnkişaf Məqsədlərinə sadiq qalaraq davam etdirmək niyyətindədir.Biz hasilatda innovasiya, səmərəli idarəetmə, ekoloji mühafizəstandartlarını tətbiq etməklə ictimai rifahı irəli aparansənayemizin “dayanıqlılıq lideri”nə çevrilməyi hədəfləmişik.

Qeyd olunmalıdır ki, “net-zero” (sıfır xalis) karbon emissiyadedikdə insan fəaliyyəti nəticəsində atmosferə buraxılan ümumiistixana qazlarını (xüsusilə də karbon dioksid CO2) neytrallaşdıranvə yaxud balanslaşdıran fəaliyyətin həyata keçirilməsi nəzərdətutulur. Qlobal istiləşməni dayandırmaq və iqlim dəyişikliyinintəsirlərini azaltmaq üçün bu mühümdür.

Burada çıxış yolu əməliyyatlarda daha innovativ həllərinistifadəsi ola bilər. O cümlədən metan emissiyasının azaldılması,alovlanmanın məhdudlaşdırılması, karbon qazlarınınambarlaşdırılması, əməliyyatların elektrikləşdirilməsi və s.

Əlbəttə ki, hər bir neft şirkəti bu gündəmin həyata keçirilməsiüçün öz yollarını tapacaq. Lakin düşüncə tərzimizin iqlimdəyişikliyi gerçəkliyi altında formalaşması şirkətləri yalnızidarəetmə səviyyəsində deyil, bütün heyətlə bərabər müsbət həllərinaxtarışına yönləndirəcək. Hazırda neft hasilatı sənayesi iqlimdəyişikliyi müzakirələrində müdafiəçi mövqedən pro-aktiv mövqeyəkeçməlidir. Abşeron yarımadasında neft tarixi hasilat sənayesiningüclü beynəlxalq rəqabət ruhu ilə səciyyələndiyini göstərir. Budəfə rəqabət təkcə gəlirlər deyil, iqlim dəyişikliyinin sürətininazaldılması naminə yaransa, biz neftçilər olaraq bütün dünyanımüsbət mənada təəcübləndirəcəyik.

Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, neftçipeşəsi ölkəmizdə həmişə hörmətli peşə olub- bu gün də belədir,sabah da belə olacaq. Ümummilli Lider Heydər Əliyevin imzaəsərlərindən olan “Əsrin müqaviləsi” hasilatda beynəlxalqəməkdaşlığın müsbət tektonik dəyişikliklərə gətirdiyini bütündünyaya nümayiş etdirdi.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29-da neft şirkətləri öz“kontekstlərini” həm yaxşı anlamalı, həm də anlatmalıdılar ki,bəşəriyyəti ən sürətli inkişaf dövrünə gətirən əmtəə - “qara qızıl”insanlara xidmət etməkdə davam etsin.

Rövşən Rzayev,
“Balakhani Operating Company LTD”nin prezidenti

Seçilən
88
5
az.trend.az

6Mənbələr