AZ

“Azərbaycan millisi təslim olmur, sona qədər qaçır”

“Çox çətin oyun alındı.

Lakin yekunda qalib gəldik, buna görə çox şadıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İsveç millisinin üzvü Deyan Kluşevski UEFA Millətlər Liqasının ilk turunda Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi Bakıda oynamağın çətin olduğunu vurğulayıb:

“Azərbaycan millisi çox yaxşı rəqibdir. Heyətdə bacarıqlı futbolçular var.

Qalib gəlsək də, bu, heç də asanlıqla başa gəlmədi. Bakıdakı meydanda oynamaq çətindir.

Azərbaycan millisi hesabda geri düşsə də, təslim olmur. Oyunçular sona qədər qaçır, mübarizə aparırdılar”.

Seçilən
232
50
sportinfo.az

10Mənbələr