Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının II turu çərçivəsində bu gün Koşitsedə Slovakiya yığması ilə keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bildirib.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis millimizin məğlubiyyətini bu cür şərh edib:
Portuqaliyalı məşqçi 0:2 hesablı məğlubiyyətə baxmayaraq, komandanın sona qədər mübarizə apardığını söyləyib:
"Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularımız sona qədər mübarizə apardılar.
Oyuna rəqib daha yaxşı başladı. Biz Slovakiya yığmasının hücumlarının qarşısını almağa və əks-hücumlara keçməyə çalışdıq.
Rəqib daim təzyiq edirdi. Bu cür güclü komandalara qarşı intensiv oynamaq vacibdir.
Ən vacibi, mental düşüncəmizi dəyişməli və başa düşməliyik ki, həm yaxşı müdafiə oluna, həm də güclü hücumlar qura bilərik. İntensiv oyun səviyyəsini artırsaq, gələcəkdə uğurlu nəticələr qazanarıq.
Bu komandanı müsbət məqamda dəyişəcəyimə yüz faiz inanıram. Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik".