Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib. Belə ki, 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi “İsa bulağı” istirahət kompleksində baş tutub.
Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, Şuşa sakinləri və rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Şuşa şəhərində indiyədək 177 ailə, yəni 672 nəfər köçürülüb.
ZÜMRÜD