AZ

Şuşada ilk toy mərasimi

Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.

44 günlük Vətən müharibəsi vetera­nı Elmir Məmmədlinin toy mərasimi “İsa bulağı” istirahət kompleksində təşkil olu­nub. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, Şuşa sakinləri və rəsmi şəxslər iştirak ediblər.

Bəyin atası Elman Məmmədov bu xoş gündə təəssüratını belə ifsdə edib: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Ali Baş Komandan başda olmaqla Ordumuzu, xalqımızı qoru­sun. Çox fərəhli, xoş gündür. Çox həyəcan­lıyam. 32 ildən sonra doğma yurdumuzda toy sədaları eşidilir. Bu gün oğlum – 44 günlük Vətən müharibəsinin qazisi Elmirin toyudur. Allah xalqımıza hər zaman belə xoş, sevincli günlər nəsib eləsin”.

Bəyin anası Mehriban Məmmədova bildirib: “Çox həyəcanlıyıq. Sevinc və fəxarət hissləri bir-birinə qarışıb. Şuşamı­zın toylu-büsatlı günləri başlayıb. Allah bir də bizə pis günlər göstərməsin”. 

Toyu olan Elmir Məmmədov şad günü­nün Şuşada keçirildiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirib: “Şükür bu günü­müzə, Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımız azad edildi. Mən də 44 günlük Vətən müharibəsində Füzuli, Xo­cavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Toy mərasimim Şuşada keçirildiyi üçün özümü çox xoşbəxt hesab edirəm”. 

XQ

Seçilən
97
5
xalqqazeti.az

7Mənbələr