AZ

Liderindən “Bayer”ə ağır zərbə: Pulsuz gedir

“Bayer”in 28 yaşlı mərkəz müdafiəçisi Conatan Ta Leverkuzen klubu ilə 2025-ci il iyunun 30-da başa çatacaq müqaviləsini yeniləmək niyyətində olmadığını təsdiqləyib.

Publika.az xəbər verir ki, Ötən yay alman futbolçunun “Bavariya”ya keçidi uğursuzluqla nəticələnib.

“Mən “Bayer”də qalmayacağam və daha əvvəl qeyd etdiyim karyera səbəblərinə görə müqaviləmi yeniləməyəcəyəm. 2025-ci ilin yayına qədər əmək müqaviləm var və o vaxta qədər “Bayer” üçün hər şeyimi verəcəm.

Bir ildən sonra “Bavariya”nın oyunçusu olacam? Yaxşı sualdır, baxarıq. Hələ bu barədə düşünmürəm, çünki qarşıda “Bayer”lə bir mövsümüm var”, – “Bayern & Germany” “X” sosial şəbəkəsində müdafiəçidən sitat gətirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
publika.az

2Mənbələr