AZ

Liderindən “Bayer”ə ağır zərbə: Pulsuz gedir

“Bayer”in 28 yaşlı mərkəz müdafiəçisi Conatan Ta Leverkuzen klubu ilə 2025-ci il iyunun 30-da başa çatacaq müqaviləsini yeniləmək niyyətində olmadığını təsdiqləyib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Ötən yay alman futbolçunun “Bavariya”ya keçidi uğursuzluqla nəticələnib.

“Mən “Bayer”də qalmayacağam və daha əvvəl qeyd etdiyim karyera səbəblərinə görə müqaviləmi yeniləməyəcəyəm. 2025-ci ilin yayına qədər əmək müqaviləm var və o vaxta qədər “Bayer” üçün hər şeyimi verəcəm.

Bir ildən sonra “Bavariya”nın oyunçusu olacam? Yaxşı sualdır, baxarıq. Hələ bu barədə düşünmürəm, çünki qarşıda “Bayer”lə bir mövsümüm var”, – “Bayern & Germany” “X” sosial şəbəkəsində müdafiəçidən sitat gətirib.

Bu mövsüm Ta bütün turnirlərdə 4 qarşılaşmada iştirak edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.


Seçilən
69
1
news24.az

2Mənbələr