AZ

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Əlcəzairdə növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əlcəzair milli radiosu məlumat yayıb.

Ölkə prezidenti postu üçün üç namizəd mübarizə aparır: “Sosialist Qüvvələr Cəbhəsi”ndən Yusef Auşiş, “Sülh uğrunda cəmiyyət hərəkatı” partiyasından Abdelali Həsəni Şərif və hazırkı Prezident Əbdülməcid Tebbun.

Dövlət başçısı ümumi səsvermə yolu ilə seçilir. Namizəd qalib gəlmək üçün 50 %-dən çox səs toplamalıdır. Namizədlərdən heç biri bu göstəricini aşa bilməsə, iki həftə sonra birinci turda ən çox səs toplayan iki namizəd arasında ikinci tur keçirilir. Qalib 5 il müddətinə prezident mandatı alacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
5
operativmm.az

8Mənbələr