AZ

94 faizlə yenidən prezident seçildi

Əlcəzairin Seçki Komissiyası ölkənin hazırkı lideri Abdelmacid Tebbunun yenidən prezident seçildiyini elan edib.

 

Modern.az “Associated Press”ə istinadən xəbər verir ki, Tebbun səslərin 94 faizindən çoxunu qazanıb.

 

Onun rəqibləri islamçı Abdelali Həsəni Şerif və sosialist nümayəndəsi Yusif Auşiş müvafiq olaraq 3 faiz və 2,1 faiz səs toplayıb.

 

Qeyd edək ki, sentyabrın 7-də Əlcəzairdə prezident seçkiləri keçirilib. Seçki komissiyasının məlumatına görə, ölkədəki 24 milyon seçicidən 6 milyondan az adam iştirak edib.

Seçilən
124
3
modern.az

7Mənbələr