AZ

Azərbaycanda könüllü həyat sığortası üzrə 293 milyon manatı keçib

Azərbaycanda könüllü həyat sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 400 milyon 448 min manat təşkil edib.

 Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 62 milyon 141 min manat və ya 18% çoxdur.

Ötən ilin yanvar-iyul aylarında bu göstərici 338 milyon 307 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 293 milyon 517 min manat təşkil edib ki, bu da illik müqayisədə 127 milyon 258 min manat və ya 77% çoxdur.

Ötən ilin eyni dövründə 166 milyon 259 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 73% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 49% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 49% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
5
fed.az

6Mənbələr