AZ

Əmlakın yanğından və digər risklərdən könüllü sığortasına maraq 12% azalıb

 Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 37 milyon 677 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 237 min manat və ya 12% azdır.

2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 42 milyon 914 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 2 milyon 480 min  manat təşkil edib ki, bu da illik müqayisədə 546 min manat və ya 28% çoxdur.

Əvvəlki ilin eyni dövründə 1 milyon 934 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
5
fed.az

6Mənbələr