AZ

Pezeşkian paytaxtı Tehrandan köçürmək istəyir

İran rəhbərliyi ölkənin siyasi və iqtisadi mərkəzlərini respublikanın cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürməkdən başqa çarəsi yoxdur.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Bir sıra mülahizələrə, ilk növbədə, iqtisadi səbəblərə görə Tehranı paytaxt kimi saxlamaqda davam etmək qeyri-mümkün olur. Mövcud tendensiyanı davam etdirməklə ölkəni inkişaf etdirmək mümkün deyilsə, əgər biz cənubdan və dənizdən Tehrana resurslar gətirmək, sonra onları məhsula çevirmək və ixrac üçün yenidən cənuba göndərmək istəyiriksə, bu, rəqabət qabiliyyətimizi getdikcə daha da aşağı salacaq", - prezident bildirib.
Seçilən
66
7
sherg.az

6Mənbələr