AZ

İran paytaxtını Tehrandan köçürməyi düşünür

…İran prezidenti Məsud Pezeşkian deyib ki, İranın iqtisadi və siyasi mərkəzi İranın cənub sahillərinə yaxınlaşdırılmalıdır, çünki paytaxt Tehranın başqa həlli olmayan problemləri var. …Mövcud tendensiyanı davam etdirməklə ölkəni inkişaf etdirmək mümkün deyil. Əgər biz cənubdan və dənizdən Tehrana resurslar gətirmək, sonra onları məhsula çevirmək və ixrac üçün cənuba göndərməkdə davam etmək istəyiriksə, bu, bizim rəqabət qabiliyyətimizi getdikcə azaldacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu deyən Pezeşkian hesab edir ki, Tehranı mövcud problemləri ilə inkişaf etdirmək vaxt itkisidir. Prezident problemlər arasında su qıtlığını, havanın çirklənməsini və torpağın çökməsini göstərib.

Yeri gəlmişkən, bu, ilk dəfə deyil ki, İran hakimiyyəti paytaxtın köçürülməsi barədə düşünür; 2013-cü ilin yanvarında İslam Şurası siyasi və inzibati paytaxtın Tehrandan köçürülməsi planını təsdiqləyib.

“Maşriq” saytının qeyd etdiyi kimi, bir çox ekspertlər paytaxtın köçürülməsinə pul xərcləməkdənsə, Tehranın səmərəsiz və köhnəlmiş infrastrukturunu modernləşdirməyi, eləcə də zəlzələlərə qarşı binaları gücləndirməyi daha yaxşı hesab edirlər.

Qeyd edək ki, Tehran İranın şimal hissəsində yerləşir və aqlomerasiyada 14 milyona yaxın insan yaşayır. Tehran İranın ən böyük şəhəri və dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir.

…Tehran havanın çirklənməsi, su qıtlığı, çökmə və inanılmaz dərəcədə yüksək yaşayış bahalığı, sakinlərin sayının uçqun kimi artması və xaotik binalar səbəbindən təhlükə kənarındadır.

Bunu “The Guardian” yazıb.

…Və İranın Şəhər İqtisadiyyatı Elmi Assosiasiyası hesab edir ki, şəhərin əhalisi infrastruktur imkanlarını 70 faizdən çox üstələyir - yəni bilavasitə ölkənin paytaxtında yaşayan 8 milyon nəfərdən yalnız 2,3 milyonu layiqli həyat şəraiti əldə edə bilir.

Əli Babayev

Seçilən
57
7
sia.az

6Mənbələr