AZ

Gəncə Dövlət Filarmoniyasında "Naz-Nazı" muğam qrupunun konserti baş tutacaq

30 sentyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə "Naz-Nazı" muğam qrupunun konserti baş tutacaq.

APA-nın xəbərinə görə, konsertdə "İz" və "Yari-pünhan kompozisiyaları, xalq mahnıları "Xumar oldum" və "Dağların başı", "Gül dəstəsi" xalq rəqsi, "Qarabağ şikəstəsi", "Çahargah dəramədi" səsləndiriləcək.

Biletləri Filarmoniyanın kassasından, həmçinin iticket.az saytından əldə etmək mümkündür.

Seçilən
69
6
apa.az

7Mənbələr