AZ

Gəncə Dövlət Filarmoniyasında “Naz-Nazı” muğam qrupunun konserti baş tutacaq

30 sentyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə “Naz-Nazı” muğam qrupunun konserti baş tutacaq.

Heftelik.az-ın xəbərinə görə, konsertdə “İz” və “Yari-pünhan kompozisiyaları, xalq mahnıları “Xumar oldum” və “Dağların başı”,  “Gül dəstəsi” xalq rəqsi, “Qarabağ şikəstəsi”, “Çahargah dəramədi” səsləndiriləcək.

Biletləri Filarmoniyanın kassasından, həmçinin iticket.az saytından əldə etmək mümkündür.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
heftelik.az

8Mənbələr