Erlinq Halaland "Mançester Siti" ilə yeni müqavilə bağlamağa yaxındır. 

Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 

Bununla da o, komandada ən çox məvacib alan futbolçu olacaq.

Qeyd edək ki, norveçli forvardın "şəhərlilər"lə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.