Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.
Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.
Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.
21:05
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb.
C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.
22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelets fərqlənib.
20:48
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.
C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.
22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelets fərqlənib.
20:33
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında növbəti qol vurulub.
C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci dəfə hesabı dəyişib.
26-cı dəqiqədə David Strelets komandasının üstünlüyünü möhkəmləndirib.
20:25
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında hesab açılıb.
C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.
22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.
20:00
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçına start verilib.
C Liqasının I qrupunun görüşü “Koşitse Futbol Arenası”nda keçirilir.
Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.
"Cebheinfo.az"