Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.
"Report"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.
Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.
Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.