Bakı. Trend:
Sentyabrın 8-də Astanada V Ümumdünya Köçəri Oyunlarının möhtəşəmaçılış mərasimi keçirilib.
Trend-in verdiyi məlumata görə, "Astana Arena" stadionunda baştutan mərasimdə əvvəlcə iştirakçı ölkələrin rəsmi paradı nümayişolunub. Azərbaycan idmançıları da tribunalar qarşısından keçənatletlər sırasında yer alıblar.
Açılış mərasimində Qazaxıstanın dövlət bayrağı və ÜmumdünyaKöçəri Oyunlarının bayrağı qaldırılıb, Qazaxıstanın Dövlət Himni vəoyunların rəsmi himni səsləndirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mərasimdə çıxışedərək oyunları rəsmi olaraq açıq elan edib. Eyni zamanda, V DünyaKöçəri Oyunlarının Təşkilat Komitəsinin sədri Roman Sklyar və DünyaEtnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan da nitqləçıxış ediblər.
Bu mötəbər idman tədbirinin açılışına gələn yüksək səviyyəliqonaqlar arasında Tatarıstan rəhbəri Rüstəm Minnixanov,Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov,Saxa (Yakutiya) Respublikasının başçısı Aysen Nikolayev, ÖzbəkistanPrezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti SadırJaparov da iştirak ediblər.
Qeyd edək ki, Astananın ən nüfuzlu idman meydançalarındakeçiriləcək oyunlarda 21 yarış növü üzrə mübarizə aparılacaq.Buraya at yarışları, milli güləş növləri, ənənəvi intellektual vədöyüş oyunları, oxatma, quşlarla ov və xalq oyunları daxildir.
Bu tədbir çərçivəsində 10 hektar ərazidə "Köşpendiler Əlemi"("Köçərilər Dünyası") etnoaulu qurulub. Burada ziyarətçilər qazaxxalqının zəngin mədəniyyətini kəşf edərək, köçəri xalqların unikalirsi ilə tanış ola bilərlər.