AZ

Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları keçirilib

Qazaxıstanda V Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib. Tədbirdə Prezidenti Kasım-Jomart Tokayev də iştirak edib. Məlumatı “Anadolu” verib. 

“Astana Arena” stadionunda keçirilən tədbirin fəxri qonaqları Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov, Saxa lideri Aysen Nikolaev, Monqolustanın eks-prezidenti Nambarın Enkbayar, Dünya Etnik İdman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, YUNESKO, BMT-nin Dünya Turizm Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk İnvestisiya Fondu, Parlament Assambleyası kimi beynəlxalq strukturların rəhbərləri, Türk dövlətlərinin, İslam İdman Birliyinin, İslam Qida Təhlükəsizliyi Təşkilatının, eləcə də Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və digər rəsmi şəxslər iştirak ediblər. 

Qasım-Jomart Tokayev beynəlxalq miqyaslı mühüm tədbirdə iştirak etmək üçün Qazaxıstana gələn qardaş dövlətlərin rəhbərlərinə, hörmətli qonaqlara və idmançılara minnətdarlığını bildirib. Prezidentin vurğuladığı kimi, köçəri sivilizasiya dünya tarixində dərin iz qoyub. Böyük Çöl köçəriləri Avrasiyada qədim zamanlardan məskunlaşıblar. Onlar öz dövrləri üçün innovativ texnologiyalara malik olmaqla qlobal tərəqqiyə töhfə veriblər.

 

P.ƏMİRCANOV

XQ

 

Seçilən
134
2
xalqqazeti.az

10Mənbələr