AZ

Günün qoroskopu: Planlarınızı dəyişməyin, əks təqdirdə...

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - başladığınız işləri yarımçıq qoymayın. Ötən həftənin probleminin indi gündəmdə qalan fəsadlarını aradan qaldırın. Yaxın vaxtlarda situasiya intensivləşə bilər. Qəfil işgüzar təkliflər ala bilərsiniz.

İşlərdə diqqətli məşğul olun, xəyallara dalmayın, illüziyalara qapılmayın.

Peşəkər fəaliyyətinizlə bağlı məsələlərdə qətiyyətli olun. Aldığınız dəvətlərdən imtina etməyin.

Günün ikinci yarısında sakitliyə, istirahətə ehtiyac yaranacaq. Tək qalmaq istəyəcəksiniz. Səs-küy, tələskənlikdən uzaq durun. Gerçəkdən də, mühüm işlərlə məşğul olun. Gələcəklə bağlı planlar qura bilərsiniz.

Buğa - günün ilk yarısı uğurlu olacaq. Mühüm işgüzar görüşlər və ya danışıqların sonucu pis olmayacaq. Dinamik, aktiv olun. Rəqibləri üstələməyə çalışın.

Saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. İşdə fikir ayrılıqları və mübahisələr istisna deyil. Ailədəki anlaşılmazlıqların münaqişəyə dönməsinin qarşısını alın.

Günün ikinci yarısında əhvalınız pozula, səhhətiniz korlana bilər. Xroniki ağrıların kəskinləşməsi sizi qorxutmasın. Uzaq səfərə yollanmaq, ağır fiziki işlə məşğul olmaq məsləhət deyil. Özünüzü qoruyun.

Əkizlər - gərgin, çətin gündür. Həftənin ən ağır zamanı da sayıla bilər. Cari işlərə diqqəti yönəltmək asan deyil. Maksimum dərəcədə sərvaxt olun, xırda məsələlər və detalların nəzərdən qaçmasına imkan verməyin. Əks təqdirdə yanlışlıqlar ola bilər.

Sizi dəstəkləyən insanlarla münasibətləri korlamayın.

Günün ikinci yarısında yeni layihəyə başlamayın. Genişmiqyaslı işlərin hazırlıq prosesinə start vermək, planları müttəfiqlərlə müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanların verdikləri vədlərə çox inanmayın. Bu adamların arasında çox az şəxs sözlərinin üstündə dura biləcəklər.

Xərçəng - tamamilə yeni, fərqli işə başlamaq üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Geniş dünyagörüşlü olun. Yeni tanışlıqlar istisna deyil. Sizi indiyədək tanımayan insanın rəğbətini qazanmağa çalışın.

Günün ikinci yarısında alış-veriş etmək olar. Qeyri-adi, orijinal nəsnələr sizi cəlb edəcək. Aldığınız əşyalara heyfislənməyin.

Ünsiyyət üçün münasib zamandır. Sizə əsla bənzəməyən insanlarla da dil tapmağa çalışın. Hansısa məsələlərdə sizə tam əks mövqe tutan insanla təmaslarda diqqətli olun. Bu yaxınlarda mübahisə etdiyiniz insanla barışa bilərsiniz.

Şir - işdə yaranan müəyyən anlaşılmazlıqlara rəğmən qarşınıza qoyduğunuz məqsədlərə doğru sürətlə irəliləyin. Tapşırıqlarla sifarişləri vaxtında yerinə yetirin. Çətin problemləri həll etmək mümkündür. Yaxın ətrafınızdakı insanlarla sürəkli müqayisə etməyin.

Günün ikinci yarısında kimsəyə fikir vermədən müstəqil çalışın. Yalnız belə olarsa, uğur qazanacaqsınız. Maliyyə fonunda müsbət irəliləyişlər olmayacaq. Gəlirlərdə gecikmələr ola bilər.

İşdə vaxtından artıq çalışmayın. Yaxınlarınızın sizə ehtiyacı var. Bir qədər istirahət etməyi unutmayın. Romantik təmaslar ümidləri doğrultmayacaq. Təşəbbüskar olun, münasibətlərin normallaşdırılması üçün səy göstərin.

Qız - müsbət təmayüllərin təsiri güclənəcək. Gün uğurludur. Aktiv davransanız, niyyətinizə çata bilərsiniz. Yaxın ətrafınızdakı insanlara sərt iradlar ünvanlamayın. Təşəxxüs və eqosentrizm yolverilməzdir. Planlaşdırdığınız işləri başa vurun. Artıqlaması ilə çalışın.

Günün ikinci yarısında yeni sifarişlər və ya tapşırıqlar ola bilər.

Şəxsi münasibətlər rəvandır. Münaqişələr yaranmasa da, situasiyanın normallığı ilə bağlı hiss yaranmayacaq. İşlərinizə yetərincə vaxt ayırın. Qısamüddətli səfərlərə yollanmaq olar. Uzunmüddətli səyahəti təxirə salın.

Tərəzi - ideyalarınızdan birini reallaşdıra bilərsiniz. Ən fantastik planın da həyata keçirilmə şansı var. İstənilən situsiyadan fayda əldə etməyə can atın. İşgüzar intuisiyanız iti olmalıdır. Əməkdaşlıq edəcəyiniz insanı diqqətlə seçin. Sərmayə obyektində yanılmayın. Anlaşma və sövdələşəmələrdə sayıq davranın.

Sizə məsləhət üçün müraciət edəcəklər. Hətta sizdən təcrübəli insanlar belə, sözlərinizdən faydalana bilərlər.

Seçilən
207
50
publika.az

10Mənbələr