AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - günün ilk yarısında mühüm işlərə başlamayın. Önəmli müqavilələr, anlaşmalar və ya sövdələşmələr üçün yaxşı zaman deyil. Maliyyə məsələləri, büdcənin planlaşdırılması və pulların bölüşdürülməsi zamanı aktiv olun.

Buğa - peşəkar fəaliyyət və şəxsi münasibətlər baxımından pis gün deyil. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Hətta başqalarının dil tapa bilmədiyi insanın dediklərini səbrlə dinləyin. Dürüst qərarı tezliklə vermək mümkündür. Uzun-uzadı fikirləşməyə, təhlilə və müzakirlərə ehtiyac yoxdur.

Əvvəllər yaranan və hələ də çözülməyən problemlər günün ikinci yarısında sizi narahat edəcək. Tələskənlik etməyin. Yaxın ətrafınızdakı insanlar aktiv fəaliyyət tələb edərək əhvalınızı korlaya bilərlər.
 

Əkizlər - özünüz olun, saxtakarlıq etməyin. Məqsədə çatmaq üçün izafi səylərə ehtiyaclar yoxdur. Məsələ heç də müsbət təmayüllərin təsirinin güclənməsində deyil. Qüvvələrinizi normal dəyərləndirin, qarşınıza irreal məqsədlər qoymayın.

Xərçəng - müsbət təmayüllərin təsiri güclənəcək. Yaranan çətinliklərin öhdəsindən gələcəksiniz. Müstəqil çalışırsınızsa, diqqətli olun. Başqasının yardımlarından yararlanmaq fikriniz varsa, düşünüb-daşınmadan qərar verməyin.

Şir - maraqlı, hadisələrlə zəngin, amma sadə olmayan gündür. Qüvvə və səylərinizi bərabər paylaşdırın. Qətiyyətli, iradəli olsanız, çox yaxşı nəticələrə nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisindəki hədəflərə laqeyd yanaşmayın.

Qız - günün ilk yarısı yorucu və usandırıcı təsir bağışlaya bilər. Müxtəlif insanlarla fərqli görüşlər istisna deyil. Məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox səy göstərməli olacaqsınız. Həmsöhbətinizin nə dediyini anlamağa çalışın. Laqeyd olmayın.

Tərəzi - gün şəxsi həyatınızda ciddi dəyişikliklər və müsbət yeniliklər vəd edir. Nə istədiyinizi yaxşı anlamağa çalışın. Qarşınıza qoyduğunuz məqsədlərdən geri çəkilməyin. İrəliləyişdə çətinliklər yaransa da, ruhdan düşməyin.

Əqrəb - peşəkar fəaliyyətdə irəliləyişlər və şəxsi münasibətlərdəki problemlərin həlli üçün münasib zamandır. Sizi narahat edən məsələləri yaxınlarınızla söhbətlərdə müzakirə edin. Narahat olmayın: onlar sizi anlayacaq, iradlarını bildirməyəcəklər. Yeni və maraqlı tanışlıq şansları var.

Oxatan - günün ilk yarısında çətinliklər olacaq. Problemlər ciddi ola bilər. Lakin onların həlli mümkünsüz deyil. Fəaliyyət planını dəqiqləşdirin. Problemlərin müəyyən hissəsini həll edəcək köməkçi və ya yardımçıya müraciət edin. Bədxahlar və ya rəqiblərin hücumlarına sinə gərin.

Oğlaq - tələskənliyə yol verməyin. Düşünülməmiş addımlar atmayın. Çoxsaylı məsləhət, tələb və dilətutmalara rəğmən əlverişli anı gözləyin. Vaxtından əvvəl qəti qərar verməyin. Belə olarsa, uğura nail olacaqsınız. İstədiyinizə çatacaq, qüvvələrinizə qənaət edəcəksiniz.

Dolça - günün ikinci yarısı sakit və rəvandır. Narahatlıq, təlaş və ya gərginlik üçün heç bir səbəb yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. İşləri vaxtında başa çatdırmağa çalışın. Anlaşma, sövdələşmə və müqavilələr üçün əlverişli zamandır.

Balıqlar - çox böyük uğurlara nail olacağınızı düşünməyin. Son aylarda qarşınıza qoyduğunuz məqsədlərə dərhal çatacağınıza ümid edərək tələskənliyə yol verməyin. İmkanlarınız hüdudsuz deyil. Özünüzə əsla şübhə etməsəniz də, ciddi problemlərlə qarşılaşa bilərsiniz.

Milli.Az

Seçilən
173
1
mia.az

10Mənbələr