AZ

Bakıda sürücü sükan arxasında infarkt keçirib- Ölən var

Bakıda sürücü sükan arxasında infarkt keçirib. 

Missiya.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Bakı şəhəri sakini 1969-cu il təvəllüdlü Akif Rəhmanov idarə etdiyi "Renault" markalı 99-SB-773 dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. 

Nəticədə, avtomobil səkiyə çırpılıb. Xəstəxanaya yerləşdirilən A.Rəhmanov orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
182
5
missiya.az

10Mənbələr