Sumqayıt şəhərində qadın yanaraq ölüb.
Teleqraf.com Report-a yerli istinadla xəbər verir ki, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb.
Belə ki, adıçəkilən ərazidə 300 kv.metr kol-kos sahə və ümumi sahəsi 20 kv.metr olan yardımçı tikili yanıb. Nəticədə tikilinin içərisində bir nəfər şəxsiyyəti naməlum, tüfeyli həyat sürən 40-45 yaşlı qadın yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Teleqraf.com