“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzadacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb. Xəbərdə klubun ispan mütəxəssislə 3 illik müqavilə haqda razılığa gəldiyi bildirilib.
Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Komanda hazırda Premyer Liqada 3 turdan sonra 7 xalla 4-cü sıradadır.