Premyer Liqa təmsilçilərindən “Arsenal” baş məşqçisi Mikel Arteta ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə klubun ispan mütəxəssislə 3 illik müqavilə barədə razılığa gəldiyi bildirilib.
Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir.
Qeyd edək ki, Lpndon təmsilçisi hazırda Premyer Liqada 3 turdan sonra 7 xalla 4-cü sıradadır.