AZ

ABŞ-ı "Fransine" qasırğası vurdu: 380 min ev işıqsız qalıb

ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) verdiyi açıqlamaya görə, qasırğa dünən yerli vaxtla saat 17:00-da Morqan şəhərində 2-ci kateqoriya səviyyəsində quruya çatıb.

Oxu24.com xarici mediaya istyinadən xəbər verir  ki, Şəhərə saatda 155 kilometr sürətlə əsən güclü külək nəticəsində evlərin dam örtüyü uçub, ağaclar aşıb, maddi ziyan dəyib.

Qasırğanın yaratdığı güclü yağış küçə və prospektləri su altında qoyub.

Luiziana və qonşu Missisipi ştatının səlahiyyətliləri fövqəladə vəziyyət elan edib və sakinlərə diqqətli olmaları barədə xəbərdarlıq ediblər.

Luiziana qubernatoru Ceff Landri keçirdiyi mətbuat konfransında ştatda yaşayanları səyahət etməməyə, evdə qalmağa və köçməməyə çağırıb.

Bu səhərə olan məlumata görə, Luiziana ştatında 380 mindən çox evdə və iş yerində elektrik enerjisi kəsilib.

Polisin verdiyi məlumata görə, Nyu Orlean hava limanında bütün uçuşlar ləğv edilərkən, Lafourche bölgəsində su basmış evlərdə qalan 26 nəfər xilas edilib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
6
oxu24.com

9Mənbələr