ABŞ-ın Luiziana ştatına tüğyan edən qasırğa səbəbindən 380 min ev elektrik enerjisiz qalıb.
Bu barədə ABŞ-ın Milli Qasırğa Mərkəzinin (NHC) yaydığı bəyanatda bildirilib.
Güclü külək nəticəsində evlərin dam örtüyü uçub, ağaclar aşıb.
Qasırğanın səbəb olduğu daşqınlar nəticəsində küçələr su altında qalıb.
Luiziana və Missisipi ştatının səlahiyyətliləri fövqəladə vəziyyət elan edib və sakinlərə diqqətli olmaları barədə xəbərdarlıq ediblər.
Luiziana qubernatoru Cef Landri keçirdiyi mətbuat konfransında ştatda yaşayanları səyahət etməməyə, evdə qalmağa və köçməməyə çağırıb.
Luiziana ştatında 380 mindən çox evin elektrik enerjisiz qaldığı bildirilib.
Polisin məlumatına görə, Nyu Orlean hava limanında bütün uçuşlar ləğv edilib.
Lafourche bölgəsində isə evdə qapalı qalan 26 nəfər xilas edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta