AZ

“Türkiyənin necə davranacağı məlumdur”-ermənişünas alim  

“Ermənistan rəsmi olaraq Naxçıvan istiqamətində atəşkəsi pozmasını təkzib edir. Bu o deməkdir ki, Paşinyan hakimiyyətindən kənar qüvvələr burada gərginliyin artmasını təşviq edirlər”.

Bunu ermənişünas alim Qafar Çaxmaqlı Musavat.com-a son günlər atəşkəsin Ermənistan tərəfindən intensiv şəkildə pozulması faktlarından bəhs edərkən deyib.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvanın mövqeyində son vaxtlar müşahidə olunan yumşalma da bu məsələdə bəzi qüvvələri hərəkətə keçirmə ehtimalını artırır:

“Ermənistanda Naxçıvanın hansı şəraitdə və Türkiyənin qarantorluğu ilə Azərbaycanın tərkibində saxlanması ilə bağlı Qars müqaviləsini, onun tarixçəsini də yaxşı bilirlər. Son vaxtlar efirlərdən açıq səsləndirilir ki, Azərbaycanla Türkiyənin arasını vurmaq üçün daha nələri etməlidirlər. Amma unudurlar ki, Naxçıvan məsələsi həll olunub və Türkiyə də onun Azərbaycanın tərkib hissəsi olduğunun fərqindədir və əgər bu istiqamətdə hansısa gəlişmə olarsa, Türkiyənin necə davranacağı məlumdur”.

Q.Çaxmaqlı Ermənistanın ciddi risk etdiyini vurğulayıb: “Ermənilər qaşınır, deyəsən Dəmir Yumruqdan birini də burada almaq istəyirlər”.

ELŞAD,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
17
musavat.com

10Mənbələr