AZ

Rusiya 7 xarici jurnalisti axtarışa verib - FOTO

Rusiyanın Kursk vilayətinə qanunsuz daxil olmuş 7 xarici jurnalist axtarışa verilib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Kursk vilayətinə qanunsuz daxil olmuş CNN-dən Nik Uolş, RAI-dan Stefani Battistini və Simoni Traini, “Deutsche Welle”dən Nikolas Konolli, həmçinin Ukrayna nəşrlərindən Natalya Naqornaya, Diana Butsko və Olesya Borovik barəsində axtarış elan olunub.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti adı çəkilən jurnalistlər barəsində cinayət işi açıb. Kurska daxil olan jurnaistlər oradakı hərbi əməliyyatları lentə alıblar. 

Seçilən
118
15
iqtisadiyyat.az

10Mənbələr