AZ

Rusiya 7 xarici jurnalisti axtarışa verdi

Rusiya Kursk vilayətinə qanunsuz daxil olmuş 7 xarici jurnalisti axtarışa verib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, ölkə sərhədini pozaraq Kursk vilayətinə qanunsuz daxil olmuş CNN-dən Nik Uolş, RAI-dan Stefani Battistini və Simoni Traini, “Deutsche Welle”dən Nikolas Konolli, həmçinin Ukrayna nəşrlərindən Natalya Naqornaya, Diana Butsko və Olesya Borovik barəsində axtarış elan edib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bu jurnalistlərə qarşı Rusiya sərhədini qanunsuz keçməyə görə cinayət işi açıb. Onların hamısının Ukraynanın ələ keçirdiyi Sudjadan təbliğat xarakterli reportajlar lentə aldığı bildirilib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
15
teleqraf.com

10Mənbələr