AZ

Rusiya ordusu Kurskda uğur qazanıbmı? - FT

Rusiyanın Kursk vilayətində əks-hücuma keçməsi Ukrayna bölmələri üçün sürpriz oldu, lakin bu əməliyyatda Rusiyanın uğurlarının nə dərəcədə real söyləmək hələ tezdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" nəşri yazıb.

Bildirilib ki, əks-hücum Moskvanın öz ərazisinin itirilmiş hissələrini geri qaytarmaq üçün ilk böyük cəhdi idi. Rusiya əsas diqqətini Krasnooktyabrskoyedən Snaqost və Qordeyevka şəhərlərinə qədər yönəldib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, rus qoşunları 10 yaşayış məntəqəsini və ya təxminən 63 kvadrat kilometr ərazini geri alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
5
milli.az

10Mənbələr