Ağ Ev sentyabrın 24-dən 30-a kimi keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ və Ukrayna liderləri - Co Bayden və Vladimir Zelenski arasında görüşün olacağını hələ elan edə bilmir.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.
"Hazırda mən BMT BA-nın yüksək səviyyəli həftəsi ilə bağlı hər hansı təfərrüatı təsdiq edə bilmərəm. Daha sonra daha çox məlumat verə biləcəyik", - deyə o bildirib.