AZ

Ağ Ev onların görüşünü təsdiqləmədi

Ağ Evin sözçüsü Karin Jan-Pyer BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ və Ukrayna liderləri Co Bayden və Volodimir Zelenski arasında görüşün mümkünlüyünü şərh edib. TASS xəbər verir ki, o, məlumatı təsdiqləməyib.“Hazırda mən BMT BA-nın yüksək səviyyəli həftəsi ilə bağlı hər hansı təfərrüatı təsdiq edə bilmərəm. Daha sonra əlavə məlumat verə biləcəyik”, - deyə o bildirib.Bundan əvvəl, Ukrayna mediası liderlərin Vaşinqtonda görüşəcəyi barədə məlumat yaymışdı.Xatırladaq ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi sentyabrın 24-dən 30-na kimi keçiriləcək.














Paylaş:

Seçilən
140
6
regionxeberlericom.az

10Mənbələr