AZ

“Netanyahu zənglərimə cavab vermir” - Quterreş

“İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən bəri zənglərimə cavab verməkdən imtina edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş “Reuters“ə müsahibəsində bildirib.

O qeyd edib ki, HƏMAS-ın ötən il 7 oktyabr terror hücumundan sonra Netanyahu ilə danışmayıb. Onun sözlərinə görə, Netanyahu BMT-ni İsrail əleyhinə olmaqda ittiham edir.

“Mən onunla danışmamışam, çünki o, telefon zənglərimə cavab vermir, lakin onunla danışmamaq üçün heç bir səbəbim yoxdur. O, Nyu-Yorka gəlsə, onu görməyə çox şad olaram”, - Quterreş vurğulayıb.

İsrailin BMT-dəki səfiri Denni Danon, Netanyahunun Quterreşlə BMT Baş Assambleyası çərçivəsində görüşməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala cavabında bildirib ki, baş nazirin cədvəli hələ dəqiqləşdirilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
18
qafqazinfo.az

10Mənbələr