Böyük Britaniyanın Baş naziri Keir Starmer bu gün Vaşinqtona səfər edib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, səfər çərçivəsində Baş nazirin ABŞ Prezidenti Co Baydenlə görüşü planlaşdırılıb. Liderlərin Ukraynanın Rusiyaya qarşı Qərbin “Storm Shadow” uzaqmənzilli silahlarından istifadə etməsinə icazə verilib-verilməməsi məsələsinin müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, bu, Keir Starmerin Vaşinqtona ikinci səfəridir. O, iyul ayında ümumi seçkilərdə qalib gəldikdən qısa müddət sonra NATO Sammitində iştirak məqsədilə ABŞ-a səfər etmişdi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Mənbə: AZƏRTAC