Böyük Britaniyanın Baş naziri Keir Starmer bu gün Vaşinqtona səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Baş nazirin ABŞ Prezidenti Co Baydenlə görüşü planlaşdırılıb. Liderlərin Ukraynanın Rusiyaya qarşı Qərbin “Storm Shadow” uzaqmənzilli silahlarından istifadə etməsinə icazə verilib-verilməməsi məsələsinin müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, bu, Keir Starmerin Vaşinqtona ikinci səfəridir. O, iyul ayında ümumi seçkilərdə qalib gəldikdən qısa müddət sonra NATO Sammitində iştirak məqsədilə ABŞ-a səfər etmişdi.