Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Offsideplus.az xəbər verir ki, yarışa İordaniya və Finlandiya komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşacaq. Komandamız hazırda 26-cı yerdədir.
Heyətlər daha sonra müəyyənləşəcək.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
Nikaraqua və Avstraliyaya qalib gələn qadınlardan ibarət yığmamız isə Argentina ilə qarşılaşacaq. 2 xal toplayan qızlarımız 21-ci yerdədir.
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.