AZ

Əməkdar artist Rafiq İbrahimovun vəziyyəti ağırlaşdı - FOTO

"Artıq xəstəxana şəraitində qalması mümkün deyil, evə gətirmişik".

Milli.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Rafiq İbrahimovun qızı jurnalist, sənətşünas Nisə Rzayeva deyib.

"Həkimlərin də ümidi yoxdur. Atamın vəziyyəti çox ağırdır", - o qeyd edib.

Nisə Rzayeva atasının səhhəti ilə bağlı Teatr Xadimləri İttifaqının tez-tez maraqlandığını da vurğulayıb: "Bu çətin günlərdə yanımızda olduqlarına görə, Bakı Bələdiyyə Teatrı və İttifaqa minnətdarıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
15
milli.az

10Mənbələr