AZ

Əməkdar artistin qızı: “Atamın vəziyyəti çox ağırdır”

“Artıq xəstəxana şəraitində qalması mümkün deyil, evə gətirmişik”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Rafiq İbrahimovun qızı jurnalist, sənətşünas Nisə Rzayeva deyib. 

“Həkimlərin də ümidi yoxdur. Atamın vəziyyəti çox ağırdır”, - o qeyd edib.  vakansiyalar

Nisə Rzayeva atasının səhhəti ilə bağlı Teatr Xadimləri İttifaqının tez-tez maraqlandığını da vurğulayıb: “Bu çətin günlərdə yanımızda olduqlarına görə, Bakı Bələdiyyə Teatrı və İttifaqa minnətdarıq”. 


Telegram kanalımız
Seçilən
60
15
yenisabah.az

10Mənbələr