AZ

"China Brand Cars" hansı qaydaları pozub?

Dövlət Gömrük Komitəsi (DGK) "China Brand Cars" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 1 500 manat məbləğində cərimə edilir.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
8
valyuta.az

10Mənbələr