AZ

Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb

Bakı. Trend:

Çin Ordusu yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb,lakin təyyarənin əks olunduğu kadrlar göstərilməyib.

Trend xəbər verir ki, bubarədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Çin J-31 və ya J-35 adlanacaq aviasiya qırıcısı üzərindəişləyir. Onun 2012-ci ildə ilk uçuşunu həyata keçirən ikimühərrikli beşinci nəsil ağır FC-35 qırıcısının modifikasiyasındanbiri olduğu güman edilir.

Aprel ayında ÇXR Müdafiə Nazirliyi sosial şəbəkələrdə “Lyaonin”təyyarədaşıyan gəmisinin göyərtəsində ən yeni qırıcı təyyarəni əksetdirən fotoşəkillər paylaşıb. Çin ordusunun əsas aviasiya qırıcısıJ-15 sayılır ki, o da öz növbəsində Ukraynadan alınan Su-33təyyarəsinin prototipi əsasında hazırlanıb.

Hazırda ÇXR Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan gəmisivar. Onlardan biri - “Lyaonin” sovet istehsalı olan “Varyaq”kreyserinin bazasında, digəri - “Şandun” isə “Lyaonin” bazasındalayihələndirilib.

Çinin üçüncü təyyarədaşıyan gəmisi - “Futsızyan” 2022-ci iliniyununda suya buraxılsa da, onun Hərbi Dəniz Qüvvələrinə təhvilveriləcəyi 2025-ci ildə gözlənilir.

“South China Morning Post” qəzetinin məlumatına görə, Çin eynizamanda nüvə enerjisi ilə çalışacaq dördüncü təyyarədaşıyangəmisini də inşa edir.

Seçilən
144
39
az.trend.az

10Mənbələr