AZ

Çin F-35-in analoqunu sınaqdan keçirdi

Çin yeni qırıcısını sınaqdan keçirib.

QAZÌLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasının sənədli filmində “Lyaonin” təyyarədaşıyan gəmisinin ekipaj üzvü Çjan Nayqanq danışıb.

Filmdə yeni təyyarənin heç bir təsviri göstərilməyib və sınaqların dəqiq nə vaxt keçirildiyi barədə məlumat verilməyib.

Məlumata görə, Çin təyyarədaşıyan gəmilərdə yerləşdirilməsi üçün J-31 və ya J-35 adlı yeni qırıcı hazırlayır. O, Amerikanın beşinci nəsil F-35 qırıcısının ekvivalenti kimi təqdim olunur. Ehtimal olunur ki, bu, ilk uçuşunu 2012-ci ildə etmiş beşinci nəsil ağır çoxməqsədli FC-31 qırıcısının modifikasiyası olacaq.

 

 

Seçilən
139
2
qaziler.az

10Mənbələr