AZ

Rusiyada ikinciəl avtomobillər UCUZLAŞDI

Rusiyada işlənmiş avtomobillərin qiymətləri ucuzlaşıb. 

Bizim.Media xəbər verir ki, Rusiyanın avtomobil bazarında belə avtomobillərin orta qiyməti 2024-cü ilin avqustunda 1,48 milyon rubl (təxminən 27 min manat) təşkil edib. Bu rəqəm uzun müddət ərzində ilk dəfə 1,5 milyon (təxminən 28 min manat) rubldan aşağı düşüb.

Qeyd edilib ki, ötən il ikinciəl avtomobillərin orta qiyməti ilk dəfə olaraq 1,5 milyon rublu keçib, həmin ilin dekabrında isə 1,6 milyona (təxminən 30 min manat) yüksəlib.

Bizim.Media

Seçilən
80
5
bizim.media

6Mənbələr